Bank Of Baku

İstiqlal Muzeyində "20 Yanvar şəkillərin dili ilə" adlı sərgi-tədbir keçirilib

İstiqlal Muzeyində "20 Yanvar şəkillərin dili ilə" adlı sərgi-tədbir keçirilib
# 17 yanvar 2012 09:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan İstiqlal Muzeyində 1990-cı ilin 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr edilmiş sərgi-tədbir keçirilib. APA-nın məlumatına görə, sərgi “20 Yanvar şəkillərin dili ilə” adı altında təşkil olunub.

Sərgidə Qərb Universitetinin dizayn fakültəsinin tələbələrinin 53 ədəd rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Qərb Universitetinin rektoru Zemfira Məmmədova, rəssam Rauf Əbdülhüseyn və digər şəxslər çıxış ediblər.

Tədbirdə ilk dəfə olaraq 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub (müəllif-operator Seyidağa Mövsümlü).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR