Bank Of Baku

Azərbaycanda italyan fotoqrafların sərgisi keçiriləcək

Azərbaycanda italyan fotoqrafların sərgisi keçiriləcək
# 17 yanvar 2012 11:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 24-dən fevralın 2-nə kimi Bakı Muzey Mərkəzinin İncəsənət Qalereyasında italyan fotoqrafların sərgisi keçiriləcək. APA-nın məlumatına görə, sərgi tarix, arxeologiya və abidələrin peyzajı nöqteyi-nəzərdən ən gözəl fotoşəkillərdən ibarət olacaq. Tədbir İtaliyanın birləşməsinin 150 illik yubileyinə həsr edilib.

Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Qonaqlar UNESCO-nun “Dünya mədəniyyət irsi” siyahısına düşən 43 abidəni seyr etməyə şans qazanacaqlar. Sərginin açılışı yanvarın 24-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR