Bank Of Baku

Azərbaycanda Uşaq Xor kollektivlərinin III respublika baxışı keçiriləcək

Azərbaycanda Uşaq Xor kollektivlərinin III respublika baxışı keçiriləcək
# 18 yanvar 2012 09:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Uşaq Xor kollektivlərinin III respublika baxışı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, baxışın keçirilməsində məqsəd respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsidir. Layihənin 1-30 aprel tarixlərində zonalar üzrə Bakı, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilməsi planlaşdırılır. Baxışda respublikanın uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edirlər. Xor kollektivinin tərkibi 25 nəfərdən az olmamalıdır. Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər (o cümlədən bir əsər a capella) ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.
Baxışda iştirak etmək üçün ərizə və çıxış proqramı 2012-ci il 15 mart tarixinədək müvafiq zonanın mədəniyyət və turizm şöbəsinə (idarəsinə) və Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR