Bank Of Baku

İtaliya, Belarus, Gürcüstanın opera ulduzları Bakıda “Traviata” operasında çıxış edəcəklər

İtaliya, Belarus, Gürcüstanın opera ulduzları Bakıda “Traviata” operasında çıxış edəcəklər
# 18 yanvar 2012 09:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri – Alfred partiyasını tanınmış italyan tenoru Rikardo Mirabelli ifa edəcək. Jermon rolunda Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Birinci mükafatının sahibi Besik Qabitaşvili, Violetta partiyasında gənc və istedadlı vokalçısı İlahə Əfəndiyeva çıxış edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov (Markiz d`Obinyi) və Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR