Bank Of Baku

Azərbaycanda gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək

Azərbaycanda gənc pianoçuların respublika müsabiqəsi keçiriləcək
# 19 yanvar 2012 07:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanda gənc pianoçuların respublika müsabiqə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin təşkilində məqsəd respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir.

Müsabiqə 2012-ci ilin iyun ayında baş tutacaq. 2 turdan ibarət müsabiqə 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9 -11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-17 yaş) keçirilir. Müsabiqənin I turunun Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turunun isə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR