Bank Of Baku

Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək
# 23 yanvar 2012 08:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Fevralın 11-də Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək. Həmin gecədə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əyyub Quliyevun dirijorluğu ilə Yaroslavl Dövlər Filarmonik orkestri çıxış edəcək. Dirijorun APA-ya verdiyi məlumata görə, konsertin əsas təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Yaroslavl Dövlət Filarmoniyasıdır. Filarmonik orkestrin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və görkəmli müğənni və bəstəkar, professor Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən fraqmentlər dinləyicilərə təqdim olunacaq. Ümumiyyətlə, bu, Polad Bülbüloğlunun baleti əsasında tərtib olunmuş simfonik nümunələrin ilk ifası olacaq. Konsertdə dirijor Əyyub Quliyevlə bərabər Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, pianoçu Aleksandr Koryakin də çıxış edəcəkdir – gənc pianoçunun təqdimatında Edvard Qriqin fortepiano və orkestr üçün konserti səslənəcək. Proqramın 2-ci bölməsində isə dünya simfonik musiqisinin ən parlaq və mürəkkəb əsərlərindən biri olan Hektor Berliozun “Fantastik simfoniyası” ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR