Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq “Fəcr” Festivalında təmsil olunacaq

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq “Fəcr” Festivalında təmsil olunacaq
# 23 yanvar 2012 12:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında artıq ikinci beynəlxalq teatr festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın bir qrup üzvü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən V Beynəlxalq Monodram Festivalında iştirak etmək üçün BƏƏ-də səfərdədir. Teatrın başqa bir heyəti isə İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İran İslam Respublikasına səfər edəcək. Yanvar ayının 28-dən, fevral ayının 2-dək kollektivin iştirak edəcəyi festivalda yaradıcı heyət görkəmli İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
Kollektiv festivalda İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin seçimi ilə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR