Bank Of Baku

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək
# 23 yanvar 2012 13:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəb-bədii tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək. Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlıdır.

Tədbirdə bir sıra elm, incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Tədbirdə həmçinin, Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR