Bank Of Baku

“Narimanfilm” beynəlxalq detektiv filmlər və hüquq-mühafizə mövzulu teleproqramlar festivalı üçün filmlərin qəbulunu elan edir

“Narimanfilm” beynəlxalq detektiv filmlər və hüquq-mühafizə mövzulu teleproqramlar festivalı üçün filmlərin qəbulunu elan edir
# 24 yanvar 2012 09:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. XIV “Detective FEST” Beynəlxalq detektiv filmlər və hüquq-mühafizə mövzulu teleproqramlar festivalının Azərbaycanda rəsmi nümayəndəsi olan “Narimanfilm” kino şirkəti festivalın müsabiqə proqramında iştirak etmək üçün filmlərin qəbulunu elan edir.

Şirkətdən APA-ya verilən məlumata görə, festival 2012-ci il aprelin 25-dən 29-dək Moskva şəhərində keçiriləcək. Festivalda 2011-ci il fevralın 1-dən 2012-ci il fevralın 28-dək olan müddətdə istehsal olunmuş bədii, sənədli kino və telefilmlər (seriallar), teleproqramlar, xəbər süjetləri müxtəlif nominasiyalar üzrə iştirak edə bilər.

Filmlərin qəbulu fevralın 18-ə qədər davam edəcək. Nominantların siyahısı festivalın saytında martın 20-də dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR