Bank Of Baku

Tanınmış aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi qeyd olunacaq

Tanınmış aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi qeyd olunacaq
# 24 yanvar 2012 11:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın tanınmış aktyoru Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirak edərək N. Fərzəliyevin yaradıcılığı haqqında fikirlərini bölüşəcəklər. Mərasimdə, həmçinin Samir Sədaqətoğlunun “Yerə-göyə sığmayan” bir hissəli tragikomediyası nümayiş etdiriləcəkdir. Yubilyar bu səhnə əsərində Kişi rolunu canlandıracaq.

N. Fərzəliyev indiyə kimi Mirzə Fətəli Axundovun “Hekayəti-xırsi-quldurbasan” tamaşasında Meymun, Cəlil Məmmədquluzadənin “Qurbanəlibəy” tamaşasında Aşbaz, Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasında Şirxan, Kamal Abdullanın “Sevirəm səni, Türkiyə” tamaşasında Bəstəçi, Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Cırtdan Piter, “Hamlet”də Qəbirqazan, “Tədbirə qarşı tədbir”də Pompey, Fərhad Ağamalıyevin “Ox və hədəf”ində Holland, İmir Məmmədlinin “Açar” tamaşasında Vyolanın qonağı, “Məlikməmməd” nağıl-tamaşasında Div və və digər rolları canlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR