Bank Of Baku

Musiqili Komediya Teatrına yeni kadrların cəlb olunması üçün keçirilən müsabiqə yekunlaşır

Musiqili Komediya Teatrına yeni kadrların cəlb olunması üçün keçirilən müsabiqə yekunlaşır
# 24 yanvar 2012 15:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 102-ci mövsümünü yaşayan Musiqili Komediya Teatrında gənc və istedadlı kadrların teatra cəlb edilməsi üçün keçirilən müsabiqə başa çatır. Yanvarın 26-da müsabiqəyə yekun vurulacaq və teatrın həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə gənclər seçiləcək. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev APA-ya bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi vacibdir: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bizim öhdəmizə aktyor, orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hal-hazırda teatrda kadr çatışmazlığı var və yeni, istedadlı kadrlara ehtiyac duyuruq. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq. Yeni seçim yeni adları üzə çıxaracaq”.

Əliqismət Lalayev, qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu da bildirib. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR