Bank Of Baku

Bakıda “Mnoqolikaya Rossiya” adlı arxiv fotoşəkillərin sərgisi keçirilir

Bakıda “Mnoqolikaya Rossiya” adlı  arxiv fotoşəkillərin sərgisi keçirilir
# 26 yanvar 2012 15:27 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində “Mnoqolikaya Rossiya” adlı arxiv fotoşəkillərin sərgisi başlayıb. APA-nın məlumatına görə, “Rosfoto” Rusiya dövlət muzey-sərgi mərkəzi tərəfindən təşkil olunan tədbirdə 19-cü əsr Rusiyası, onun sakinləri, memarlıq inciləri əks olunub. Tədbiri giriş sözü ilə açan “Rosfoto”nun baş direktor müavini Serqey Kuzmin qeyd edib ki, Rusiya çoxmillətli dövlət olduğundan, bu sərgidə bunun bariz şahidi olmaq mümkündür. Sərgiyə çıxarılmış fotolarda Rusiya çarı II Nikolaydan tutmuş ölkənin ucqar əyalət kəndinin sakinlərinə kimi hər təbəqə nümayəndəsini görmək olar. Arxiv fotolar arasında fotoqraf Yermolenkonun 1875-ci ildə çəkdiyi və adı «Борчалинские татарские женщины» olan nadir bir foto da var. Bundan savayı sərgidə Rusiyanın ən məşhur memarlıq abidələrinin 19-cu əsrdəki durumu ilə tanış olmaq mümkündür.

Sərgidə Rusiya səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nairliyi, Respublika Fotoqraflar İttifaqının, habelə müxtəlif yaradıcı birliklərin nümayəndələri iştirak edib. Sərgi yanvarın 31-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR