Bank Of Baku

Kinorejissor Mikayıl Mikayılovun yeni foto sənədləri Dövlət Film Fonduna təqdim olunub

Kinorejissor Mikayıl Mikayılovun yeni foto sənədləri Dövlət Film Fonduna təqdim olunub
# 27 yanvar 2012 08:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ilk kinorejissorlarından olmuş Mikayıl Mikayılovun yeni foto sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlər Gürcüstanın şəxsi arxivindən daxil olub. Onları Mikayıl Mikayılovun həyat yoldaşının qohumları fonda hədiyyə edib.

Mikayıl Mikayılov Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlayan rejissor çoxlu sayda sənədli-xronika filmləri çəkib. İlk bədii filminə (“Lətif”) 1930-cu ildə quruluş verib. Sonralar “İsmət”, “Bir ailə”, “Mahnı belə yaranır” bədii filmlərinin quruluşçu rejissoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR