Bank Of Baku

Mübariz İbrahimov Gənc Tamaşaçılar Teatrında anılıb

Mübariz İbrahimov Gənc Tamaşaçılar Teatrında anılıb
# 30 yanvar 2012 17:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” adlı ədəbi-bədii tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində baş tutmuş tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış “Mübarizli Vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Tədbirin ssenari müəllifi və aparıcısı Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova giriş sözü ilə çıxış edib.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxışında “Bura Vətəndir” layihəsinin davamlı olaraq keçirildiyini diqqətə çatdıraraq, Mübariz İbrahimovun göstərdiyi rəşadət, qəhrəmanlığın Azərbaycanın yetişməkdə olan gənc nəslin torpağa məhəbbət hislərinin formalaşmasında, Vətənə, xalqa sədaqət və mübarizlik əzmini gücləndirmək məqsədi daşıdığını bildirib.

Tədbirdə həmçinin, teatrın aktyoru İlham Əsədovun ifasında “Qalmaz dünya”, Əlirza Amanbəylinin ifasında “Yenilməz” mahnısı səsləndirilib. Tədbirdə bir sıra elm, incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri, ölkənin aparıcı mətbu orqanlarının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR