Bank Of Baku

Aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi qeyd edilib

Aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi qeyd edilib
# 02 fevral 2012 10:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın tanınmış aktyoru Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Apa-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov aktyorun yaradıcılığı haqqında ətraflı məlumat verib və Natiq Fərzəliyevin Azərbaycan və dünya klassiklərinin ən gözəl nümunələrində, həmçinin müasir səhnə əsərlərində müxtəlif xarakterli obrazları məharətlə yaratdığını bildirib. M. Həmidovun sözlərinə görə, əsasən komik rolları ifa edən Natiq Fərzəliyev daha ciddi obrazlar yaratmaq potensialına malik sənətkardır. Daha sonra, dramaturq Samir Sədaqətoğlunun “Yerə-göyə sığmayan” bir hissəli tragikomediyası nümayiş etdirilib. Yubilyar səhnə əsərində Kişi rolunu ifa edib. Aktyorun iç dünyasını, daxili hiss və həyəcanını sərgiləyən tamaşanın müəllifi Sərvər Əliyevdir. Tədbirdə aktyorun oynadığı tamaşalardan çarxlar göstərilib.

Tədbirdə Teatr Xadimləri İttifaqının əməkdaşı Çingiz Ələsgərli, Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Eşqin Şadlinski, Musiqili Komediya Teatrının aktyorları, Yevlax Mədəniyyət evinin nümayəndəsi və başqaları çıxış edərək, yubilyarın aktyor yaradıcılığı, insani məziyyətləri haqqında fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR