Bank Of Baku

Bu gün Türkiyədə “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçiriləcək - FOTO

Bu gün Türkiyədə “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçiriləcək - <font color=red>FOTO</font>
# 02 fevral 2012 10:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Elazığ Valiliyi, Elazığ Bələdiyyə Başkanlığı, Xaricdə Yaşayan Türklər və Qohum Toplular Başkanlığı, Fırat Universiteti, Elazığ Ticarət və Sənaye Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili, professor Nizami Cəfərov, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tədqiqatçı alim Hacıağa Almaszadə, filoloq Asif Rüstəmli, Cəfər Cabbarlının ev-muzeyinin müdiri Qəmər Bağırova, şair Əjdər Ol, eləcə də ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları daxildir. “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Elazığın Cümhuriyyət məhəlləsində “Azərbaycan parkı və Azərbaycan şəhidləri abidəsi”nin açılışı olacaq, Fırat Universitetində isə “Müstəqilliyinin 20 ilində Azərbaycan” mövzusunda tədbir keçiriləcək. Tədbir çərçivəsində “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” və “Elazığ çələngi” kitablarının təqdimatı, “Almas İldırıma sayğı” mövzusunda görüş də nəzərdə tutulur. Qeyd edək ki, Elazığ şairlərinin şeirlərindən ibarət “Elazığ çələngi” toplusu ötən il qardaş ölkədən nümayəndələrin iştirakı ilə Bakıda təqdim olunub.

Elazığ Bələdiyyəsi Mədəniyyət və Konfrans Mərkəzində keçirilən mərasimdə isə türk dünyasında “İlin ədəbiyyat adamı” seçilən xalq yazıçısı Anarın həyatından bəhs edən televiziya filmi nümayiş olunacaq, yazıçıya fəxri doktor mükafatı təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR