Bank Of Baku

Fransanın tanınmış kino mütəxəssisləri Aleksandr Düma haqqında filmin çəkilişləri ilə əlaqədar Bakıya gəliblər

Fransanın tanınmış kino mütəxəssisləri Aleksandr Düma haqqında filmin çəkilişləri ilə əlaqədar Bakıya gəliblər
# 06 fevral 2012 10:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Fransanın kino mütəxəssisləri Jan Pier Dublyer (Jean Pierre Dubilier) və Stefani Laşevr (Stephanie Lachevre) Bakıda səfərdədirlər. APA-nın məlumatına görə, fransız kino mütəxəssislərinin Azərbaycana səfəri Aleksandr Düma haqqında filmin çəkilişlərinə hazırlıq məqsədi daşıyır. Bu barədə APA-ya açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov bu gün qonaqlarla görüş keçirildiyini deyib.

Jan Pier Dublyer filmin ssenari müəllifi və rejissoru, Stefani Laşevr isə filmin koordinatorudur. Azərbaycanda olduqları müddətdə qonaqlar Aleksandr Dümanın olduğu yerləri gəzəcək və müşahidə aparacaqlar. Eyni zamanda J.P.Dublyer bu təəssüratlarından ssenaridə istifadə edəcək. Onlar Azərbaycandan olan bələdçi Fuad Axundovla birgə Bakı, Sumqayıt, Qusar, Şamaxı, Şəki zonasına gedəcəklər. Fransız mütəxəssislərin Azərbaycana səfərinin üç gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, Aleksandr Düma haqqında film çəkmək ideyası Fransanın tanınmış aktyoru Jerar Departyeyə məxsusdur. O bu təkliflə Bakıda səfərdə olduğu müddətdə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR