Bank Of Baku

Azərbaycan prezidenti Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 06 fevral 2012 15:39 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, yubileyə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR