Bank Of Baku

Firəngiz Şərifovanın 88 yaşı qeyd edilib - FOTO

Firəngiz Şərifovanın 88 yaşı qeyd edilib - <font color=red>FOTO</font>
# 07 fevral 2012 10:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti, Şöhrət ordenli Firəngiz Şərifzadənin 88 yaşı tamam olub. APA-nın məlumatına görə, bu münasibətlə teatrın bir qrup əməkdaşı onu ziyarət edib, doğum günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan teatrının görkəmli xadimləri Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın övladı olan Firəngiz Şərifovanın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. Aktrisa oynadığı rollarla tamaşaçıların yaddaşında silinməz izlər qoyub. O, «Mənim nəğməkar bibim» (Əkrəm Əylisli), «Söhrab və Rüstəm» (İsgəndər Coşqun), «Anacan» (Yusif Əzimzadə), «Keçən ilin son gecəsi» (Anar), «Sən nə üçün yaşayırsan?» (İmran Qasımov, Həsən Seyidbəyli), «Rübailər aləmində» (Məmmədhüseyn Təhmasib), «Yazığam, sevmə məni» (Əkrəm Əylisli), «Şəhidlər» (Bəxtiyar Vahabzadə), «Mahmud və Məryəm» (Elçin), «Ağ Dəvə» (Elçin), «Nənənin kələyi» (Əhməd Orucoğlu) və digər tamaşalarda dolğun obrazlar yaradıb.

Sənətkar təbrikə gəlmiş həmkarları ilə Azərbaycan teatrının şanlı keçmişindən söhbət açıb, onun sabahına da böyük ümid bəslədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR