Bank Of Baku

Moskvada əməkdar rəssam Sakit Məmmədova “Min ilin adamı” medalı təqdim olunub

Moskvada əməkdar rəssam Sakit Məmmədova “Min ilin adamı” medalı təqdim olunub
# 10 fevral 2012 10:04 (UTC +04:00)
APA-nın Moskva bürosunun məlumatına görə, medalın təqdimetmə mərasimi Moskvadakı P. Çaykovski adına konsert salonunda baş tutub. Mərasimdə Rusiya Federasiyası Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nın İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasının da təqdimat mərasimi keçirilib.

Azərbaycanlı rəssamın bioqrafiyası “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib.

Qeyd edək ki, “Min ilin adamı” medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR