Bank Of Baku

Xalq artisti Məlik Dadaşovun şəxsi arxiv fondu yaradılıb

Xalq artisti Məlik Dadaşovun şəxsi arxiv fondu yaradılıb
# 15 fevral 2012 10:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Dövlət Film Fondunda Azərbaycanın görkəmli aktyoru, xalq artisti, dövlət mükafatı laureatı Məlik Dadaşovun şəxsi arxiv fondu yaradılıb. Film Fondun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, fonda aktyorun nadir fotoları, arxiv sənədləri və şəxsi əşyaları daxil olub.

Məlik Dadaşov “Bir məhəlləli iki oğlan”, “26 Bakı komissarı”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Uşaqlığın son gecəsi”, “Fəryad” filmlərində unudulmaz obrazlar yaradıb. Uzun illər Akademik Dram Teatrında çalışıb. Sonra Rus Dram Teatrında direktor olub. Azərbaycan SSRİ Ali Sovetinin iki çağırış deputatı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR