Bank Of Baku

Xalq artisti Ofeliya Sənaninin 70 illik yubileyi qeyd olunub

Xalq artisti Ofeliya Sənaninin 70 illik yubileyi qeyd olunub
# 16 fevral 2012 14:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Tarix Muzeyində xalq artisti, tanınmış teleaparıcı Ofeliya Sənaninin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən əməkdar artist Rafiq Hüseynov həmkarı Ofeliya Sənanini təbrik edib və ona uğurlar arzulayıb. O.Sənaninin fəaliyyət yolundan danışan R.Hüseynov vaxtilə aparıcının efirə çıxmaq istəmədiyini xatırladıb: “O efirə çıxmaq istəmirdi, mən onu buna məcbur etdim. Ofeliya Sənani canlı bir məktəbdir. Ofeliya xanım böyük bir yol keçib. Bu yolu keçməyi hər kəs bacarmaz”.

Yubilyar çıxışında səs-küylü mərasimləri sevmədiyini bildirib: “Mən sizin kimi sevimli insanların arasında olmaq istəyirəm. Bu gün sizlərin arasında həyatdan köçən həyat yoldaşım Validi axtarıram. Onsuz mənə çox çətindir, bu gün ən böyük ümidlərim nəvələrimlə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR