Maestro Niyazinin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib
17 fevral 2012 15:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dünya şöhrətli dirijor, bəstəkar Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti keçirilib. APA-nın məlumatına görə, tədbir maestro Niyazi haqqında filmin nümayişi ilə başlayıb. Tədbirdə çıxış edən Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru, Respublikanın əməkdar müəllimi Natiq Vəliyev maestro Niyazinin həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan musiqisinin inkişafındakı əməyindən bəhs edib.
Konsert iştirakçıları əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədovun rəhbərlik etdiyi Bakı Şəhər Musiqi və İncəsənət məktəbləri şagirdlərinin birləşmiş skripkaçılar ansamblı Fəridə Quliyevanın konsertmeysterliyi ilə A.Məlikovun «Pyes», D.Şostakoviçin «Poema» əsərlərini, 17 saylı musiqi məktəbinin müəllimi Sevda Bəxtiyarova «Qara gilə» xalq mahnısını, Ə.Bədəlbəyli adına 23 saylı musiqi məktəbinin müəllimləri Adilə İbrahimli, Səbinə Orucova fortepianoda Niyazinin «Xoreoqrafik vals»ını, Niyazi adına 22 saylı musiqi məktəbinin müəllimləri Kamal Abdullayev balabanda Pikə Axundovanın «Qəlbimin səsi», Aynur Qasımova kanonda D.Dadaşovun «Skertso»sunu və digər musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.

İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024