Bank Of Baku

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 25 fevral 2012 11:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş «Xocalını yaşadanlar» adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, Muzeyin əməkdaşı Aygün Abbasova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gələcəyin təmsilçiləri olan uşaqlara bu soyqırım haqqında ətraflı məlumat verməkdir: «Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bötüvlükdə bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu və inkişafı Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər».

Tədbirdə Nizami rayonu Mədəniyyət Mərkəzinin nümayəndələri, Bakıxanov qəsəbəsinin 309 saylı və 2 saylı Füzuli qaçqın məktəbinin şagirdlərinin ifasında Xocalıya həsr edilmiş kompozisiyalar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR