Bank Of Baku

Oskar mükafatının qalibləri açıqlanıb

Oskar mükafatının qalibləri açıqlanıb
# 27 fevral 2012 07:31 (UTC +04:00)
APA-nın məlumatına görə, Mişel Xazanaviçus həmçinin “ən yaxşı rejissor işi” nominasiyasında da qalib olub. “Artist” filmində səssiz kinonun ulduzu Corc Valentin obrazını yaradan Jan Düjarden isə ən yaxşı kişi roluna görə qalib elan edilib. “Artist” filmi həmçinin “Ən yaxşı musiqi” və “Kostyumlar üzrə ən yaxşı rəssam işi” nominasiyalarında da qalib olub. Qeyd edək ki, “Artist” 1929-cu ildən bəri Oskar mükafatı alan ilk səssiz filmdir. “İlin aktrisası” mükafatına isə “Dəmir ledi” filmində yaratdığı obraza görə Meril Strip layiq görülüb.

Martin Skorsezenin “Zamanın qoruyucusu” filmi operator işi və bədii tərtibata görə Oskar mükafatı alıb. “Xarici dildə ən yaxşı film” nominasiyasında isə iranlı rejissor Əsgər Fərhadinin “Nadir və Siminin boşanması” filmi qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR