Bank Of Baku

İbrus Teatrında «Net, to est da» pyesi əsasında hazırlanmış eyniadlı film-tamaşanın premyerası olacaq

İbrus Teatrında «Net, to est da» pyesi əsasında hazırlanmış eyniadlı film-tamaşanın premyerası olacaq
# 01 mart 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 5-6-da «İbrus» Teatrında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının «Net, to est da» pyesi əsasında hazırlanmış eyniadlı film-tamaşanın premyerası olacaq. APA-nın məlumatına görə, əməkdar artist Mehriban Zəki və aktyor Zaur Şəfiyevin rol aldığı tamaşanın quruluşçu rejissoru Pünhan Həsənlidir. Təsadüfən rastlaşmış və bir-birini istəmiş iki insanın çox adi başlanan və gözlənilməz sonluqla nəticələnən münasibətlərindən bəhs edən tamaşanın bəstəkarı Kəmalə MSoul, rəssamı Emin Q. Dəmirçioğludur. Qeyd edək ki, bu, Günel Anarqızının teatrla ilk işbirliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR