Bank Of Baku

Akademik Milli Dram Teatrın direktoru İsrafil İsrafilov İsveçrənin ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

Akademik Milli Dram Teatrın direktoru İsrafil İsrafilov İsveçrənin ölkəmizdəki səfiri ilə görüşüb – <font color=red>FOTO </font>
# 07 mart 2012 14:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov İsveçrənin ölkəmizdəki səfiri Sabine Ulmann Şabanı qəbul edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-İsveçrə teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İ. İsrafilov Azərbaycan teatrı, o cümlədən Akademik Milli Dram Teatrı haqqında ümumi məlumat verib, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, İsveçrənin teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. O, Azərbaycan-İsveçrə teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, rejissor mübadiləsinin, Azərbaycan dramaturqlarının əsərlərinin İsveçrə teatrlarında səhnəyə qoyulmasını, həmçinin milli səhnəmizdə klassik və müasir isveçrə dramaturgiyası nümunələrinin təcəssümünün, müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İsrafil İsrafilov həmçinin Akademik Milli Dram Teatrının səhnəsində iki isveçrə dramaturqunun – Maks Frişin «Don Juan yaxud həndəsəyə məhəbbət» və Fridrix Dürrenmattın «Yaşlı qadının gəlişi» əsərləri əsasında hazırlanan yeni tamaşalar haqqında, həmçinin teatrın repertuarında mövcud olan digər tamaşalar barədə geniş məlumat verib, səfiri tamaşalara dəvət edib.

İsveçrədə Azərbaycan mədəniyyətinə olan böyük maraqdan söz açan səfir son zamanlar Azərbaycanda teatr sənəti ilə bağlı həyata keçirilən islahatların, dövlətin teatra münasibətini, teatrlarda əsaslı təmir və rekonstruksiya işlərinin görülməsini, teatr və teatr fəaliyyəti haqqında hüquqi-normativ sənədlərin qəbul olunmasını müsbət qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR