Bank Of Baku

Zeynəb Xanlarova ABŞ-da konsert verəcək

Zeynəb Xanlarova ABŞ-da konsert verəcək
# 09 mart 2012 14:21 (UTC +04:00)
Zeynəb Xanlarova APA-ya açıqlamasında deyib ki, konsert Nyu-York şəhərində baş tutacaq. O, martın 30-da və aprelin 1-də bu şəhərin ən görkəmli konsert salonlarından birində səhnəyə çıxacağını söyləyib: “Martın 31-i soyqırım günü olduğu üçün konserti martın 30-u və aprelin 1-nə təyin etdik. Konsertdə öz ansamblımla çıxış edəcəyəm. Bu konsertin təşkili üçün Amerikada yaşayan bütün millətlərdən çoxsaylı dəvət aldım. 50 illik yaradıcılıq dövrümdə heç vaxt konsert təkliflərindən imtina etməmişəm. Səfərə 12 nəfərdən ibarət ansamblımla gedəcəyəm. Konsertdə bütün xalqların nümayəndələri iştirak edəcək və bu səbəbdən də Azərbaycanın xalq mahnıları, muğamları ilə yanaşı, bir çox dillərdə mahnılar da ifa edəcəyəm”.

Z. Xanlarova deyib ki, Nyu-Yorkda çıxışından sonra ABŞ-ın digər ştat və şəhərlərinə də səfəri gözlənilir.

“Zirvə” mükafatının təqdimatına qatılmamasının səbəblərindən də söz açan sənətçi bunun soyuqdəymə ilə əlaqədar olduğunu söyləyib: “Mən qrip olanda ümumiyyətlə, heç yerə getməyi xoşlamıram. Bu gün də qrip olduğumdan tədbirə qatılmadım. Başqa heç bir problem yoxdur və hər şey çox yaxşıdır”.

Qeyd edək ki, Z. Xanlarova ona çatacaq 5 min manat məbləğində mükafatın şəhid ailələrinə verilməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR