Bank Of Baku

Parisdə Azərbaycanın dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək - FOTO

Parisdə Azərbaycanın dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək - <font color=red>FOTO</font>
# 12 mart 2012 09:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın tanınmış pianoçusu, əməkdar artist Şahin Növrəslinin Parisdə böyük caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konserti keçiriləcək. APA-nın məlumatına görə, martın 14-də Parisin məşhur «Le Reservoir» klubunda keçiriləcək konsertdə Vaqif Mustafazadə məktəbinin ardıclılarından olan Şahin Növrəsli həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin hamı tərəfindən sevilən kompozisiyalarını ifa edəcək.
Konsertin təşkilatçılarında olan “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev bildirib ki, Vaqif Mustafazadənin xatirəsində həsr olunan böyük bir musiqi festivalının keçirilməsini planlaşdırılır: “Şahinin bu yeni proqramı böyük Vaqif Mustafazadəyə həsr olunub və onun təqdimatının Parisdə keçirilməsi bizim üçün böyük şərəfdir. Biz, həmçinin, Vaqifin xatirəsinə həsr olunmuş böyük musiqi festivalını təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, bu böyük sənətkarın musiqi irsi tezliklə Avropanın ən yaxşı meydançalarında yenə də səslənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR