Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda çıxış edəcək
12 mart 2012 14:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Serbiyada keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün 11-ci Sloviya Beynəlxalq Teatr Festivalına qatılmaq üçün teatr kollektivi Belqrada gedir. Bu festival 2002-ci ildən bəri müntəzəm keçirilir. «Slaviya – 2012» festivalının rəsmi açılış mərasimi martın 9-da baş tutub. 9-17 mart tarixlərində keçiriləcək festivalda Akademik Milli Teatrla yanaşı, Rusiyanın, Rumıniyanın, Bolqarıstanın, Polşanın, İranın, Serbiyanın, Bosniya-Hersoqovinanın müxtəlif teatrları iştirak edəcək. Akademik Milli Dram Teatrı Slaviya festivalında martın 14-də H.Mirələmovun «Xəcalət» əsəri əsasında hazırlanmış «Xəcalət» tamaşası ilə çıxış edəcək. «Xəcalət» tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq Artisti Səyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Bildirilib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi üçün Akademik Milli Dram Teatrı bu tamaşanın xarici ölkələrdə nümayiş olunmasına xüsusi önəm verir.
Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Ələsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edir.
Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Ələsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edir.
İncəsənət
“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin xatirəsinə həsr olunacaq
20:31
26 may 2024
77-ci Kann Film Festivalının qalibləri bəlli olub - FOTO
03:25
26 may 2024
Mədəniyyət Nazirliyi Tofiq Mövləvinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
17:05
24 may 2024
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024