Bank Of Baku

Azərbaycanın 30 istedadlı gənci Rusiyada keçiriləcək Beynəlxalq Festivala qatılacaqlar

Azərbaycanın 30 istedadlı gənci Rusiyada keçiriləcək Beynəlxalq Festivala qatılacaqlar
# 26 iyun 2012 09:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın 30 istedadlı gənci 23-30 avqust tarixlərində Rusiya Federasiyasının Tver şəhərində keçiriləcək Beynəlxalq Festivala qatılacaqlar. APA-nın xəbərinə görə, Bakı şəhər mədəniyyət və turizm idarəsinin dəstəyi iləbaş tutacaq festivalda 12-17 yaş təbəqəsindən olan gənclər iştirak edəcəklər. “Kompüter və Mən” informasiya texnologiyaları Beynəlxalq düşərgəsində təşkil olunacaq festival Tver Şəhər Duması, Tver Şəhər Administrasiyası, “Rus dünyası” Fondu və “Uşaq istirahətinə dəstək” Tver regional ictimai təşkilatı tərəfindən həyata keçirilir.

Festivalın məqsədi Beynəlxalq aləmdə qardaşlaşmış şəhərlər arasında mədəniyyət və informasiya texnologiyaları sahəsində əməkdaşlığın və millətlərarası dostluq və həmrəyliyin artırılmasına xidmət etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR