Bank Of Baku

Bakıda Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək

Bakıda Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək
# 02 iyul 2012 09:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oktyabr-noyabr aylarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Qurumun tabeçiliyində olan kitabxanalar, mədəniyyət evləri və klublar, mərkəz və muzeylər, uşaq musiqi və incəsənət məktəblərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfranslar keçiriləcək, şairin əsərləri əsasında ədəbi-bədii kompozisiyalar hazırlanacaq, yaradıcılığından bəhs edən dəyirmi masalar təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR