Bank Of Baku

Bəstəkar Xədicə Zeynalovanın əsəri Macarıstanda ifa olunub

Bəstəkar Xədicə Zeynalovanın əsəri Macarıstanda ifa olunub
# 03 iyul 2012 15:08 (UTC +04:00)
Bakı-APA. Macarıstanın Sombateli şəhərində keçirilən konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi “In memoriam Kara Karayev” əsəri səslənib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan bəstəkarının xatirəsinə həsr olunan bu əsər Sombateli şəhərindəki tarixi Hartberg Qəsrində təşkil edilən “Rusiya Gecəsi” çərçivəsində ifa olunub. Solo hissəsinin ifaçısı macar pianoçusu Lorand Bosodi, dirijor isə avstriyalı Hermine Pak olub. Konsertdə Xədicə Zeynalovanın əsəri ilə yanaşı dünyaca məşhur bəstəkarların əsərləri də səsləndirilib.

Bəstəkar Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Padoborn Universitetinin doktorudur. İndiyə qədər Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR