Azərbaycanlı rəssamların əsərləri Moskvada keçirilən beynəlxalq sənət festivalında nümayiş olunub - FOTOSESSİYA
Festivalda Azərbaycanı istedadlı gənc rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev təmsil ediblər. Bundan başqa, festivalda jüri qismində təmsil olunan Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun da əsərləri nümayiş olunub.
Təşkilatçılar “Ənənə və müasirlik” festivalının builki ulduzunun gənc azərbaycanlı rəssam Məryəm Ələkbərli olduğunu söyləyiblər. Azərbaycanı təmsil edən digər istedadlı gənc rəssam Rəşad Mehdiyevin də əsərləri tamaşaçıların böyük rəğbətini qazanıb.
“Ənənə və müasirlik” festivalını giriş sözü ilə açan Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu günün əlamətdar gün olduğunu söyləyib. Onun sözlərinə görə, dahi rəssam Tahir Salahovun sədrliyi ilə keçirilən festival “Ənənə və müasirlik” adlanır: ”Burada müxtəlif nəsillərin nümayəndələrinin əsərləri nümayiş olunur. Həmin əsərlərdə ənənəçilik və müasirlik özünü təcəssüm etdirir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxışında Moskvanın mərkəzində belə bir festivalın keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq deyib ki, belə layihələr təkcə mədəniyyətlərimizi yaxınlaşdırmır, həm də qarşılıqlı mədəni əlaqələrimizi yüksəldir və inteqrasiya prosesini sürətləndirir: “MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu belə layihələri hər zaman dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Mən çox şadam ki, festivalda həm Tahir Salahov kimi dahi rəssamın, həm də gənc rəssam Məryəm Ələkbərlinin əsərləri nümayiş olunur. Bu, müxtəlif mədəniyyətlərin, imzaların və maneraların birgə zənginliyidir”.
Tahir Salahov isə çıxışında festivalda 30 ölkədən çox rəssamın iştirak etdiyini diqqətə çatdırıb: “Çox sevindirici haldır ki, müxtəlif ölkələrdən rəssamlar “Ənənə və müasirlik” festivalında görüşürlər. Festivalda müxtəlif nəsillərin nümayəndələrinin əl işləri nümayiş olunur, hansılar ki, sənətlə yaşayıb, sənətlə nəfəs alırlar”.
Qeyd edək ki, “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalı iyulun 8-nə kimi davam edəcək.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb