Bank Of Baku

Ağaxan Abdullayev: “Düşünürəm ki, meydana mərd gəlib, mərd də getmək lazımdır”

Ağaxan Abdullayev: “Düşünürəm ki, meydana mərd gəlib, mərd də getmək lazımdır”
# 06 iyul 2012 12:44 (UTC +04:00)
Bir ildir yaradıcılığına fasilə verən xanəndə müayinə olunmaq üçün Almaniyaya gedəcək

Bakı. Ülkər Rəşidqızı-APA. Bir ilə yaxındır yaradıcılığa fasilə verən Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Abdullayev müayinə olunmaq üçün Almaniyaya gedəcək.

Bununla bağlı APA-ya açıqlama verən muğam ifaçısı, hazırda özünü çox yaxşı hiss etdiyini və Almaniyaya səfərinin yalnız yoxlanış məqsədi daşıdığını qeyd edib: “Almaniyaya getmək istəyirəm ki, görüm bir il ərzində hansı dəyişikliklər olub. Heç bir problemim yoxdur, hər şey lap yaxşıdır. Bundan tamamilə arxayınlaşmaq üçün getmək istəyirəm. Bu mənim Almaniyaya ilk səfərim olmayacaq, bundan öncə də ora getmişəm. Həkimlər ifa etməklə bağlı heç bir qadağan qoymayıb, sadəcə mən bir ilə yaxındır ki oxumağa fasilə vermişəm. Düşünürəm ki, meydana mərd gəlib, mərd də getmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR