Bank Of Baku

Astanada V “Astana-Arkau” Türk Musiqisi Festivalı keçirilib - FOTOSESSİYA

Astanada V “Astana-Arkau” Türk Musiqisi Festivalı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 11 iyul 2012 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Astanadakı Sülh və Həmrəylik Sarayında keçirilən festivalın təntənəli açılış mərasimində 20-dən artıq türk xalqının nümayəndələri iştirak edib.

“Bozqurdun 10 oğlu” tarixi-dini kompozisiyası ilə açılan tədbir ilk dəfə olaraq qazax və türk dillərində aparılıb. Türk dilində aparıcılığı türk musiqisinin məşhur araşdırıcısı İrfan Gürdal (Türkiyə) edib. Festivalın fəxri qonaqları isə Qazaxıstanın mədəniyyət naziri Darxan Mınbay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dövlətləri Başçıları Şurasının baş katibinin müavini Darxan Kıdırali, “Nur Otan” Milli Demokrat partiyasının katibi Erlan Karin olub.

Tədbirdə bir çox türk xalqlarının, o cümlədən itməkdə olan azsaylı xalqların musiqisi təqdim olunub. Bundan başqa, musiqiçilər “Koroğlu” ümumtürk dastanından bir parçanı birlikdə ifa ediblər. Festival Bilgə Kağanın vəsiyyətnaməsinin qədim türk dilində xorla oxunması ilə başa çatıb.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi “APA-Group” mediaholdinqi, “TRT-Avaz” telekanalı, Başqırdıstan sputnik televiziyası və “Qazaxıstan” Respublika Teleradiokorporasiyasına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR