Bank Of Baku

Türkiyədə azərbaycanlı rəssam Sakit Məmmədovun adına Rəssamlıq Akademiyası açılacaq

Türkiyədə azərbaycanlı rəssam Sakit Məmmədovun adına Rəssamlıq Akademiyası açılacaq
# 09 iyul 2012 09:47 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən rəssam, bu təklifin Türkiyədən gəldiyini deyib: “Bu arzularından xəbərim belə yox idi. Mənə təklif gəldi ki, belə bir addım atmaq istəyirik. Bu çox gözəl bir istəkdir və mən sevindim. Mən bu akademiyanın rektoru olmaq niyyətində deyiləm”.

Sakit Məmmədov bildirib ki, onun məktəbi opalizm adlanır və rəssam dünyada bu məktəblə tanınır: “Opalizm məktəbi bu zaman kimi dünyanın heç bir yerində olmayıb. İlk dəfə Azərbaycanda yaranıb. Opalizm bir üslubdur və tələbələrimin hamısı bu məktəbin davamçılardır. Ona görə Avropada bu adla çıxış edirəm. 10-a yaxın tələbəm bu texnikadan istifadə edirlər”.

Sakit Məmmədovun yeni mövsümdə Türkiyə və Londonda fərdi sərgilərinin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR