Bank Of Baku

Yaşar Nuri yenidən Türkiyəyə gedib

Yaşar Nuri yenidən Türkiyəyə gedib
# 10 iyul 2012 10:51 (UTC +04:00)
Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın APA-ya verdiyi məlumata görə, Yaşar Nuri Türkiyəyə bu ölkədən onunla birgə gəlmiş tibb bacısı ilə qayıdıb. Aktyor Türkiyədəki Amerika Xəstəxanasında lazımi müayinələrdən keçəcək. Yaşar Nurinin bu xəstəxanada neçə gün qalacağı hələlik məlum deyil. Rəhimə Nuriyeva həyat yoldaşının yanına sabah gedəcək.

Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından etibarən müalicə olunur. O, uzun müddət Bakıda Mərkəzi Gömrük Xəstəxanasında, daha sonra isə Türkiyənin Amerika Xəstəxanasında müalicə olunub. Ötən həftə sonu aktyorun hərarəti artıb və o, yenidən Gömrük Xəstəxanasında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR