Bank Of Baku

Şəfiqə Məmmədova və daha bir neçə kino xadimi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqından çıxmaq barədə ərizə yazıblar

Şəfiqə Məmmədova və daha bir neçə kino xadimi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqından çıxmaq barədə ərizə yazıblar
# 11 iyul 2012 09:37 (UTC +04:00)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, Ş. Məmmədova ilə bərabər, bir neçə kino xadimi də ittifaqın üzvlüyündən çıxmaqla bağlı ərizə yazıblar. Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının üzvlüyündən öz ərizəsi ilə çıxan kino xadimləri arasında Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman Məmmədov və Aydın Kazımzadə də var.

Qeyd edək ki, bir müddət öncə Azərbaycandan yeni Kinematoqrafçılar İttifaqı təsis edilib. Adları sadalanan kino xadimləri arasında yeni ittifaqın İdarə Heyətinin üzvləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR