Bank Of Baku

Rəhimə Nuriyeva: “Yaşar Nurinin Azərbaycana nə vaxt qayıdacağı məlum deyil”

Rəhimə Nuriyeva: “Yaşar Nurinin Azərbaycana nə vaxt qayıdacağı məlum deyil”
# 11 iyul 2012 15:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının Yaşar Nuri Türkiyədəki Amerika Xəstəxanasına yerləşdirilib. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya deyib ki, sözügedən xəstəxanada yenidən müalicəyə başlanılıb: “Sağ-salamat gedib çatıblar. Artıq xəstəxanaya yerləşdirilib və müalicəsinə başlanılıb. Bakıda hərarəti qalxmışdı, onun səbəbləri araşdırılır. Bu, bir-iki günlük məsələ deyil. Müayinə və lazımi müalicə aparılacaq. Nə vaxt qayıdacağı məlum deyil”.

R. Nuriyeva deyib ki, bu günlərdə özü də Türkiyəyə getməyi planlaşdırır.

Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabr ayından etibarən müalicə olunur. Uzun müddətdən sonra vətənə qayıdan aktyorun halı pisləşib və yenidən Türkiyəyə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR