Bank Of Baku

Azərbaycanda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir

Azərbaycanda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir
# 13 iyul 2012 11:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanda hazırda 10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə bağlı işlər gedir. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. “Yaddaş” studiyasında Milli Qəhrəmanlar ilə bağlı 10 sənədli filmin çəkildiyini deyən nazir, Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə uğurla iştirak etdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ə. Qarayev qeyd edib ki, ötən il dövlət sifarişi ilə 4 bədii, 8 qısametrajlı bədii, 4 cizgi və 32 sənədli film çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR