Bank Of Baku

Azərinin “TRT Avaz”da müəllif proqramı yayımlanacaq

Azərinin “TRT Avaz”da müəllif proqramı yayımlanacaq
# 14 iyul 2012 08:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Gələn həftədən Türkiyənin “TRT Avaz” kanalında Azərbaycanın əməkdar artisti Azərin yeni üslubda müəllif proqramı ilə efirə çıxacaq. APA-nın məlumatına görə, gələn həftədən efirə gedəcək “Azərinlə bir Avaz” verilişi türk coğrafiyasının ortaq mədəniyyətini təbliğ edəcək. Proqram boyu təkcə Azərbaycan mədəniyyəti deyil, bütünlükdə türk ölkələrinin mədəniyyəti, ədəbiyyyatı, musiqisi, tarixi barədə mütəmadi geniş məlumatlar veriləcək. Əməkdar artist bildirib ki, aparıcılıq etdiyi veriliş interaktiv xarakterli olduğundan tamaşaçılar istənilən fikirlərini, təəsürat və təkliflərini onlarla bölüşə bilərlər. Veriliş həftənin çərşənbə günləri Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR