Bank Of Baku

“Mahmud və Məryəm” filminin aktyor heyəti sabah Bakıya gəlir

“Mahmud və Məryəm” filminin aktyor heyəti sabah Bakıya gəlir
# 16 iyul 2012 13:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Türkiyənin tanınmış kino xadimləri, bir çox seriallardan tanıdığımız aktyorlar sabah Bakıya gələcək. APA-nın məlumatına görə, aktyorların Bakıya səfəri xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmlə bağlıdır. Filmin rejissoru Mehmet Ada Öztekinin də daxil olduğu heyətdə, Mahmud rolunun ifaçısı “Öyle bir geçər zaman ki...” teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu canlandıracaq qazaxıstanlı Eva Dedova da var. Sabah Bakıya gələcək heyətdə Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Açelya Özcan, İlker Kizmaz, Mert Öcal və qonaq oyuncu Cemal Hünal da təmsil olunur. Türkiyəli aktyorların gələcəkləri təyyarə sabah saat 19:30-da Heydər Əliyev Hava Limanında olacaq.

Filmdə Azərbaycan aktyorlarından Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Murad Abdullayev, Ramiz Məlikov rol alıblar. Filmlə bağlı iyulun 18-də mətbuat konfransı keçirilməsi nəzərdə tutulur.

“Mahmud və Məryəm”in çəkilişlərinə iyulun 20-də Şəkidə start veriləcək. Filmin çəkilişləri Azərbaycanla yanaşı, Türkiyədə də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR