Bank Of Baku

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino Mükafatının ilk sahibi Yaşar Nuri olub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino Mükafatının ilk sahibi Yaşar Nuri olub
# 17 iyul 2012 14:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyulun 17-də Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dördüncü iclası keçirilib. İttifaqdan APA-ya verilən məlumata görə, gündəlikdə avqustun 2-si kino işçilərinin peşə bayramı-Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Milli Kino Günü ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə xalq artisti Yaşar Nurinin təltif edilməsi və mükafatın 2 avqust Kino Günündə ona təqdim edilməsi barədə qərar qəbul olunub. Bundan başqa iclasda fəxri adlara təqdimat, İttifaqın əsasnaməsi, strukturu və üzvlüyə qəbul məsələləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR