Bank Of Baku

Türkiyədə müalicə olunan Yaşar Nuri Milli Kino Mükafatını almaq üçün Bakıya gələ bilər

Türkiyədə müalicə olunan Yaşar Nuri Milli Kino Mükafatını almaq üçün Bakıya gələ bilər
# 18 iyul 2012 13:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “İstəyirəm Milli Kino Mükafatını avqustun 2-də Yaşarın özü alsın. Bu mükafata məhz onun layiq görülməsi Yaşarı çox sevindirdi”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

O bildirib ki, hazırda lazımi müayinələr olunur və bu proses davamlı olacaq: “Yaşar indi özünü yaxşı hiss edir. Bir neçə gündən bir lazımi müayinələr aparılır. Gəzməyinin yaxşılaşması üçün güclü fizioterapiya keçməlidir. Yaşarın 10 gün tez müayinəyə gəlməsini isə zəmanət olsun deyə özüm istədim”.

R. Nuriyeva deyib ki, dünən Türkiyəyə, Yaşar Nurinin yanına gedib və ona Heydər Əliyevlə olan şəklini daha böyük formatda hazırladaraq hədiyyə edib: “Həmin şəkildə Yaşar Soltan bəy obrazındakı geyimdədir. Özünün bu şəkildən çox xoşu gəlirdi deyə, düşündüm ki, böyütdürüm və ona hədiyyə edim. Bu şəkli görüb çox sevindi və indi də xəstəxanadakı otağına qoyub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR