“Mahmud və Məryəm” tammetrajlı filminin çəkilişlərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev, Azərbaycan kinosu haqqında qonaqları məlumatlandırıb. Xalq yazıçısı Elçin bu romanı 30 il bundan öncə qələmə aldığını xatırladıb: “Əgər 30 ildən sonra hələ də öz aktuallığını itirməyibsə, sənət adamlarının maraqlandırırsa, bu roman müəllifi kimi məni sevindirir. İkinci sevindirici hal odur ki, film sevimli ölkəmiz Türkiyə ilə birlikdə çəkilir. Bu layihənin təşəbbüskarı Türkiyənin “24 Kare” şirkətidir. Onlar iki il öncə mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 müxtəlif formada tərcümə edilib, diplom işləri yazılıb, dissertasiyalar müdafiə edilib”.
Əsərin müəllifi bildirib ki, filmin çəkilişləri ilə bağlı başqa qurumlar tərəfindən bir neçə təklif olunmasına baxmayaraq, bunların onu qane etmədiyini vurğulayıb: “24 Kare”nin təklifi ürəyimcə oldu. Artıq sabahdan Şəkidə çəkilişlərə başlanacaq. Mən filmin bədii rəhbəriyəm. “24 Kare” ilə şərt kəsdik ki, mən ssenarini təsdiqləməsəm, bu film çəkilməyəcək. Onlar mənə ssenarini bir neçə variantda təqdim etdilər. Nəhayət, sonuncu variantı bəyəndim və təsdiqlədim”.
Yaradıcı heyətin dəyişməsinə gəlincə Elçin bildirib ki, ilk dəfə rejissor işini bəyənməyib: “İlk rejissor İngiltərədən idi. Onun rejissor işini bəyənmədim. Çünki orada Azərbaycan mentalitetliyinə uyğun olmayan nüanslar var idi. Azərbaycan gerçəkliyi, mənəviyyatı ilə uzlaşmayan, Şərqin koloritliyini duymayan məqamlar olduğu üçün razılaşmadım. Amma ikinci rejissorla söhbətimiz tutdu. Onun roman barəsində düşüncələri xoşuma gəldi”.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova 21 ilə yaxındır ki, Türkiyə teatrında işlədiyini xatırladıb: “Həmin müddətdə teatr repertuarında Azərbaycan əsəri yox idi və mən Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini səhnələşdirdim. Bu gün isə bu filmi birgə ərsəyə gətirmək üçün yığışmışıq”.
Filmin Mahmud rolunun ifaçısı Aras Bulut çox həyəcanlı olduğunu və bu rol üçün əllərindən gələni edəcəyini vurğulayıb. Məryəm rolunun ifaçısı Eva Dedova da bu rola məhz özünün seçilməsindən dolayı sevincli olduğunu vurğulayıb. Filmdə Ziyad xan obrazının ifaçısı Fəxrəddin Manafov bu filmin çətinliyindən danışıb və filmdə türk dilində danışmağın onun üçün çox çətin olduğunu deyib: “Hətta Bombeydə belə filmdə çəkilmişəm, ingilis dilini bilmədən bunu bacarmışam. Amma türk dili mənə çox çətin gəlir və filmdə məhz türk dilində danışmalıyıq. Ümid edirəm ki, çətin osa da və hansısa hərfi səhv desəm üzrümdən keçərsiniz”.
Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək.
“Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcək. Filmdə 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da var. Aktyorlar 3 ay ərzində döyüş səhnələri, at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film Azərbaycan və Türkiyənin bir sıra yerlərindən başqa, dekorasiyasının qurulduğu, 8 000 kvadrat metrlik böyük bir yaylaqda çəkiləcək. Kostyumlar üçün 13 min metr parçadan istifadə olunacaq.
Filmin bir çox viziual effekti əks etdirəcəyi post-prodüksiyon mərhələsi 3 ay davam edəcək. “Mahmud və Məryəm” Azərbaycan, Türkiyə ilə yanaşı 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada nümayiş olunacaq.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb