Bank Of Baku

“Mahmud və Məryəm” filminin prodüseri: ”Bu filmin türk dilində çəkilməsi təşəbbüsü bizə məxsusdur”

“Mahmud və Məryəm” filminin prodüseri: ”Bu filmin türk dilində çəkilməsi təşəbbüsü bizə məxsusdur”
# 18 iyul 2012 16:11 (UTC +04:00)
“Mahmud və Məryəm” filmi türk dilində çəkiləcək və digər ölkələrdə dublyaj olunaraq nemayiş etdiriləcək”. Bu sözləri APA-ya “Mahmud və Məryəm” filminin türk dilində çəkilməsi məsələsinə münasibət bildirən filmin prodüseri Sevda Kayğısız deyib. Filmin prodüseri deyib ki, Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkilişlərinə start veriləcək eyniadlı film Azərbaycanda nümayişi zamanı da doğma dilimizə tərcümə olunaraq yayımlanacaq. Qeyd edək ki, filmdə rol alan Azərbaycan aktyorları türk dilinə yiyələnmək üçün bir müddət hazırlıq prosesi keçiblər.

Mətbuat konfransında türk dili məsələsinə filmdə Ziyadxan rolunu canlandıracaq xalq artisti Fəxrəddin Manafov da toxunub: “Sözsüz mənə çətin olacaq. Ola bilər hansısa məqamlarda yanlış tələffüz olsun. Bəzən “ə” əvəzinə “e” deyə bilərəm, buna görə məni bağışlayarsınız. Vaxtilə filmdə Mahmud rolunu oynamaq istəyirdim, amma qismət bu günə və Ziyadxan roluna imiş. İllər necə gəlib keçib və saqqalım necə ağarıb, xəbərim belə olmayıb. Artıq yaş Mahmudu oynamaq yaşı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR