Bank Of Baku

Aras Bulut İynemli: “Qardaş ölkəni belə görmək çox sevindiricidir”

Aras Bulut İynemli: “Qardaş ölkəni belə görmək çox sevindiricidir”
# 19 iyul 2012 08:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Türkiyənin “Öyle bir keçər zaman ki...” serialında Mete obrazı ilə sevilən Aras Bulut İynemli “Mahmud və Məryəm” filminin çəkilişləri üçün üç həftə Azərbaycanda olacaq. APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən aktyor Azərbaycan əsərində baş rolu oynamağı özü üçün şərəf hesab etdiyini deyib. Aras Bulut bildirib ki, filmdəki rolunu bəyənir və bir sevgi hekayəsində oynamağı özünə çox yaxın hesab edir: “Əslində bu məni çox həyəcanlandırır. Hər birimizin həyatında ola biləcək bir sevgi hekayəsidir. Biz burada sevgi ilə bərabər, savaş, aclıq, çarəsizliyi göstərəcəyik. Mənim oynayacağım rol Mahmud obrazıdır. Çox gülərüzlü, saf bir xan oğludur. Mən özüm bu zamana kimi belə bir sevgi yaşamadım. Mahmudla mənim aramda oxşarlıqlar var, o həm sevən bir gəncdir, həm də dəliqanlıdır”.

Azərbaycana ilk dəfə gələn gənc aktyor paytaxt Bakını çox bəyənib: “Bakıda Fəvvarələr meydanını gəzdik. Bəzi yerləri də özüm üçün kəşf etdim. Bu gözəlliyi yaradanların ürəklərinə və əllərinə sağlıq. Bir neçə ildir çox gərgin iş nəticəsində ortaya çıxan mükəmməl işi görürəm. Qardaş ölkəni belə görmək çox sevindiricidir”.

“Öyle keçər bir zaman ki...” serialına gəlincə Aras Bulut, bu serialın yeni mövsümdən etibarən davam edəcəyini, filmdəki kiçik yaşlı Osmanın bir az böyüyəcəyini və sevgilisinin filmdən ayrıldığını açıqlayıb.

Qeyd edək ki, “Mahmud və Məryəm” filminin çəkilişləri Azərbaycanda Bakı, Şəki, Qax, Qobustan və Zaratda, Türkiyədə Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbulda aparılacaq. Filmdə təlim keçmiş qartal və qurdla bağlı bəzi səhnələrin Macarıstanda çəkilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR