Bank Of Baku

Müslüm Maqomayevin 70 illik yubileyi ilə əlaqədar Tamara Sinyavskaya Bakıya gəlir

Müslüm Maqomayevin 70 illik yubileyi ilə əlaqədar Tamara Sinyavskaya Bakıya gəlir
# 19 iyul 2012 13:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyi keçiriləcək. APA-nın məlumatına görə, yubiley mərasimi iyulun 24-də Qəbələ şəhərində baş tutacaq. Bu mərasimdə iştirak etmək üçün müğənninin həyat yoldaşı, məşhur musiqiçi Tamara Sinyavskaya Azərbaycana gəlir. Qəbələyə getmədən əvvəl Tamara Sinyavskaya iyulun 23-də Bakıda mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Müslüm Maqomayevin 70 illik yubiley tədbiri Qəbələdə keçiriləcək IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. Festival Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR