Bank Of Baku

Daha bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib

Daha bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib
# 23 iyul 2012 13:45 (UTC +04:00)
Bakı-APA. Daha bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib. Bu barədə APA-ya yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib. İttifaqı tərk etmək barədə ərizə yazanlar xalq artistləri Yalçın Əfəndiyev, Nuriyyə Əhmədova, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar mədəniyyət işçiləri Pərviz Quliyev, Kamil Məmmədov, əməkdar artist Azad Şükürov, rejissorlar Rövşən İsmayılov, İlqar Safat, rəssam Mehriban Əfəndiyeva, aktyor Arif Kərimovdur.

Adı çəkilən şəxslər üzv olmaq üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət ediblər.

Məlumatda bildirilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq barədə müraciət edənlər təzyiq və hədələrlə üzləşsələr də, ittifaqı tərk etmək üçün müraciət edənlərin sayı günü-gündən artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR